Sumqayıtda hava

Xidmət

“Nar Mobile” dəyərli kitablara endirim fürsəti qazandırır

“Nar Mobile” dəyərli kitablara endirim fürsəti qazandırır


Turbo-paketləri aktivləşdirən hər bir “Nar” abunəçisi “Əli və Nino” kitab dükanlarından endirimlər qazanmağa davam edir.

"Nar Mobile” mobil operatoru kitaba olan sevgini artırmaq, ona dəyər qazandırmaq üçün tanınmış kitab mağazaları şəbəkəsi ilə əməkdaşlığını davam etdirir.

Belə ki, “Nar” mobil operatorunun “Əli və Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə istifadəçilər üçün təqdim etdiyi mükəmməl fürsət məhz bu əzmkarlığın təzahürüdür. Bu əməkdaşlığın nəticəsi kimi öz telefon və ya planşetində turbo-paketləri aktivləşdirən hər bir “Nar” abunəçisi “Əli və Nino” kitab mağazaları şəbəkəsindən endirimlər qazanır.

Kampaniya çərçivəsində “Turbo S” paketini aktivləşdirən abunəçi 25%, “Turbo M” paketini aktiv edən istifadəçi 30%, “Turbo L” paketini aktivləşdirənlər isə 40% endirim əldə edirlər.

Endirimdən yararlanmaq üçün aktivləşdirmə SMS-ni “Əli və Nino” kitab dükanlarındakı satış məsləhətçisinə təqdim etmək yetərlidir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR