Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

"Könüllü Kitabxana" istifadəyə verildi

"Könüllü Kitabxana" istifadəyə verildi


“İRƏLİ” İctimai Birliyi oxucular üçün yeni "Könüllü Kitabxana" istifadəyə verir.

Əsas məqsədi oxucuları kitablarla təmin etməklə yanaşı, oxucuların bir-birləri ilə kitablarını bölüşməsini təmin etməkdir.

Kitabxanada müxtəlif janrlarda olan kitablar, əsərlər, jurnallar və Azərbaycan tarixini və mədəniyyətini əks etdirən kitablar mövcuddur. Kitabxanadan istifadə tam ödənişsizdir. Əziz gənclər Siz də Könüllü Kitabxanadan yararlanmaq və sahib olduğunuz kitabları daha çox insan tərəfindən oxunmasını istəyirsinizsə kitablarınızı bizimlə bölüşün.

Hər bir insan özünə və cəmiyyətə faydalı ola biləcək potensiala malikdir.
Faydalı olmağa kitablarınızı bölüşməklə başlaya bilərsiniz.
Kitabımı bölüşmək üçün nə etməliyəm?

Oxuyub, bəyəndiyiniz və digər insanlara da faydalı ola biləcəyini düşündüyünüz kitabları ofisimizin könüllü kitabxanasında yerləşdirə və digər könüllü istifadəçilər tərəfindən bəxş edilən başqa bir kitabla əvəzləyə bilərsiniz. Bunun üçün kitab və şəxsiyyət vəsiqənizlə birlikdə ofisimizə yaxınlaşmanız kifayətdir.

Ünvan: “İRƏLİ” İctimai Birliyi, Həsən Abdullayev 3/1A
Tel: (+99412) 492 26 77
Əlaqələndirici şəxs: Altunay Əsgər
Əlaqə telefonu: 050 373 01 27
e-mail: altunay.a@ireli.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR