Sumqayıtda hava

Cəmiyyət

"Sumqayıt" taekvondoçuları Avropa çempionatında

"Sumqayıt" taekvondoçuları Avropa çempionatında


Fevralın 10-11-də Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublar arasında üçüncü Avropa çempionatı keçiriləcək.

Avropa Taekvondo Birliyi və Türkiyə Taekvondo Federasiyası tərəfindən təşkil ediləcək “G1” kateqoriyalı yarışda Azərbaycanın taekvondo klublarının idmançıları da iştirak edəcəklər.

ATF-nin verdiyi məlumata görə yarışda taekvondo klublarından Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətindən (4), eləcə də “Qəbələ” (1), “Gilan” (5), “Neftçi” (7), “Fateh” (3) və “Sumqayıt” (10) klublarından ümumilikdə 30 taekvondoçu tatami üzərinə çıxacaq.

İdmançılarımız Avropa çempionatından sonra - fevralın 12-dən 15-dək Dünya Taekvondo Federasiyası və TTF tərəfindən təşkil ediləcək “G1” kateqoriyalı ikinci “Turkish open” turnirində güclərini sınayacaqlar.

Turnirə milli komandanın tərkibində “Neftçi”, “Gilan” və “Savalan” klublarının taekvondoçuları qatılacaqlar. Burada isə ölkəmiz 26 idmançı və məşqçilər heyəti ilə təmsil olunacaq.

Komandamız Antalyaya ATF-nin vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə yollanıb.

Yarışlarda, həmçinin ölkəmizi hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil edəcəklər.


AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR