Sumqayıtda hava

Cəmiyyət

"Bakıelektrikşəbəkə" daha yoxdur

"Bakıelektrikşəbəkə" daha yoxdur


Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri “Azərişıq” ASC həyata keçirəcək.

Sərəncamda həmçinin, “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” ASC-yə ötürülməsi, istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” ASC-nin balansında olan əmlak və digər avadanlıqların “Azərişıq”-ın balansına verilməsi də nəzərdə tutulur.

Naxçıvan MR-da isə Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Naxçıvan MR-nın Dövlət Energetika Agentliyi həyata keçirəcək.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” ASC-nin sədri təyin edilib.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR