Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda gənclər arasında bilik yarışması keçirilib

Sumqayıtda gənclər arasında bilik yarışması keçirilib


“Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə Sumqayıtda gənclər arasında ənənəvi “Breyn-rinq” bilik yarışması keçirilib.

Yarışlara Sumqayıt kimyaçıları ilə yanaşı Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, YAP Sumqayıt şəhər təşkilatının, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının, təhsil şöbəsinin, KİV nümayəndələrinin, ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, “N” saylı hərbi hissənin, “Yaşıl kimyaçılar” klubunun və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qatılıb.

2 mərhələdən ibarət olan yarışmada öz yüksək bilik səviyyələri və geniş dünyagörüşləri, hazırcavablıqları ilə seçilən Sumqayıt TTM-nin “Proqres” komandası 1-ci yeri tutub.

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutan komandaların üzvlərini təbrik edib, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

Sonda “Azərikimya” İB həmkarlar ittifaqı komitəsi tərəfindən qalib komandalar fəxri diplomlar və pul mükafatları ilə təltif olunublar.

Sumqayıtda gənclər arasında bilik yarışması keçirilib

Sumqayıtda gənclər arasında bilik yarışması keçirilib

Sumqayıtda gənclər arasında bilik yarışması keçirilib

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR