Sumqayıtda hava

Manşet, Cəmiyyət

İlham Əliyev yeni polis avtomobilləri ilə tanış olub (FOTOLAR)

İlham Əliyev yeni polis avtomobilləri ilə tanış olub (FOTOLAR)


Prezident İlham Əliyev Bakının Azadlıq meydanında Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan və müasir avadanlıqla təchiz edilən avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Ümumilikdə yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 ədəd “Fiat Doblo” və “BMW” markalı avtomobil alınıb.

Avtomobillərin hər biri müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem yol-patrul xidməti avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb.

Avtomobildə daxili kompyuter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompyuterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir.

YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur.

E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompyuter qurğusuna ötürülür. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.

Həmçinin, saxlanılan şəxslərin daşınması üçün “Mercedes” markalı 20 mikroavtobus alınıb.

İlham Əliyev yeni polis avtomobilləri ilə tanış olub (FOTOLAR)

İlham Əliyev yeni polis avtomobilləri ilə tanış olub (FOTOLAR)

İlham Əliyev yeni polis avtomobilləri ilə tanış olub (FOTOLAR)

İlham Əliyev yeni polis avtomobilləri ilə tanış olub (FOTOLAR)

İlham Əliyev yeni polis avtomobilləri ilə tanış olub (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR