Sumqayıtda hava

Maraqlı

Tatlısəs riskli əməliyyatdan əvvəl görün nə etdi (FOTO)

Tatlısəs riskli əməliyyatdan əvvəl görün nə etdi (FOTO)


Başından silahla vurulan, uzun müddət ölüm-dirim mübarizəsi aparan İbrahim Tatlısəs yeni əməliyyata hazırlaşır.

Məşhur türk müğənni İbrahim Tatlısəs müalicəsini davam etdirmək məqsədilə bir müddət əvvəl Florida ştatının Mayami şəhərinə gedib.

Müğənninin Mayamidəki sənətçi dostları və yaxınları ona dəstək olur, kefinin yaxşı olmasına çalışırlar. Son vaxtlar istirahət etməyə çalışan İbonun əməliyyatdan əvvəl bığlarını kəsdirməsi diqqət çəkib. Bundan başqa, sənətçinin kefinin yaxşı olması da gözlərdən yayınmayıb.

O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olacaq. Həkimlər əməliyyatın çox riskli olduğu bildirir.

Mayamidə uzun müddət davam edən orada bir avtomobil və ev alan Tatlısəsin bir ay içərisində əməliyya olması gözlənilir.

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb.


ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR