Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

“Tullantıların idarə olunması: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər” mövzusunda elmi proqram

“Tullantıların idarə olunması: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər” mövzusunda elmi proqram


Əziz tələbələr, biz bu fürsəti sizin üçün yaratdıq.

ATGTI Ekologiya işçi qrupu “Tullantıların idarə olunması: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər” mövzusunda təlim proqramına start verir. Proqram tullantılardan düzgün istifadə üzrə ölkəmizin və xarici dövlətlərin təcrübəsi, texnologiyalar, işin mexanizmi, tullantıların çeşidlənməsinin əhəmiyyəti və nəticələri, Azərbaycanda mövcud təcrübə və gözlənti mövzularını əhatə edən təlimləri özündə birləşdirəcək. Proqram nəzəri və praktiki hissələrdən ibarət olmaqla 3 gün davam edəcək:
1-ci gün: interaktiv elmi seminar
2-ci gün: workshop
3-cü gün: “Təmiz Şəhər” ASC -ə ekskursiya

Tədbir zamanı tələbələr:
- Çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər,
- Tullantıların yığılması və çeşidlənməsi üsulları,
- Tullantıların yerləşdirilməsinin və utilizasiyasının müasir standartlara cavab verən şəkildə qurulması və idarə olunması,
- Tullantıların təkrar emal prosesi və enerji istehsalı,
- Müəssisənin ətraf mühitin çirklənməsinə qarşı yeni layihələri ilə tanış olacaqlar.

Seminarda ekspert qismində Abşeron rayonundakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə yaradılan "Təmiz Şəhər" ASC-dən xüsusi göndərilmiş mütəxəssis - Ətraf Mühit və Əməyin Mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev iştirak edəcək.

Proqramın nəzəri hissəsi - ilk seminar 21 fevral, 2015-ci il, saat 13:00-da ATGTİ-nin qərargahında keçiriləcək.

Proqramda iştirak etmək istəyən şəxslərdən 20 fevral, 2015-ci il tarixindən gec olmayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Yerlər məhduddur. Seçilən şəxslərə seminardan 1 gün öncə xəbər olunacaq.

“Tullantıların idarə olunması: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər” layihəsi çərçivəsində keçirilən “Master-Class”ların hər ikisində və ekskursiyada iştirak edən tələbələrə SERTİFİKAT veriləcək.

QEYD: Proqramda iştirak tamamilə ödənişsizdir və əlavə edək ki, ekskursiya zamanı gediş-gəliş müəssisənin ekskursiya üçün ayırdığı xüsusi avtobus vasitəsi ilə həyata keçiriləcək.

Əlavə suallarınız olarsa, ATGTİ Ekologiya işçi qrupunun rəsmi facebook səhifəsinin inboxuna və ya aşağıda göstərilən emailə müraciət edə bilərsiniz:
https://www.facebook.com/atgtiekologiya
atgti.eko@yandex.ru





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR