Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanda ölülər belə dəfn ediləcək (QAYDALAR)

Azərbaycanda ölülər belə dəfn ediləcək (QAYDALAR)


Azərbaycanda ölüləri yeni qaydalarla basdıracaqlar.

Məlumata görə, özəl və bələdiyyə qəbirstanlıqlarının yaradılması ilə bağlı bağlı Nazirlər Kabineti müvafiq qərar verəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində isə artıq yeni sənəd hazırdır. Qəbristanlıqlar bələdiyyələrin tərkibində yaradılacaq qurumlar tərəfindən idarə olunacaq.

Yeni qaydalara görə, təzə qəbristanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək. Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbristanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilər.

Komitənin rəsmisi Nahid Məmmədov hər bir məzarın ümumi sahəsinin 5 kv metr olacağını deyib. Məzarın içi bir, uzunluğu isə iki metr, baş daşının hündürlüyü 60 sm, eni 40 sm kimi müəyyənləşdirilir. Sinə daşının yerdən olan hündürlüyü isə 30 sm kimi nəzərdə tutulub.

Qəbirlər eyni ölçülü olsa da, onların hansı daşlardan düzəldiləcəyi sualı hələ ki, açıq qalıb.

Sənəddə imkansız ailələrin dəfninin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapıb.

Amma bu qaydaların tətbiqi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Kimi bunu insanlar arasında ayrıseçkiliyin aradan qaldırılması məqsədi ilə edildiyini deyir, kimi də adamların şəxsi işlərinə müdaxilə kimi qiymətləndirir. Dini baxımdan da dəbdəbəli dəfnlərin məqbul olmadığını deyən ilahiyyatçılar isə yeni qaydaların ən əsası israfçılığın qarşısını alacağını düşünür.

İlahiyyatçı Hacı Şahin burada əsəs problemin kimin qəbir daşlarını bahalı, kimin isə ucuz daşdan hazırlatdığı olduğunu deyir. O inanır ki, bütün qəbirlər eyni qaydada hazırlanarsa onda bütün fərqlilik də aradan qalxacaq.

Qanunun geriyə işləmə qüvvəsi olmadığından qəbul ediləcək yeni qaydalar indiyədək tikilən qəbrlərə aid edilməyəcək.

Qaydaların tətbiqinə isə bu ilin ikinci yarsından başlanması nəzərdə tutulur.


ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR