Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda neft məhsulları ilə çirklənmiş ərazilər təmizlənəcək

Sumqayıtda neft məhsulları ilə çirklənmiş ərazilər təmizlənəcək


Azərikimya İB-də Çirklənmə və Sağlamlıq Qlobal Alyansının üzvü, ekoloji çirklənmə problemləri, xüsusi təhlükə törədən çirklənmə mənbələrinin monitorinqinin keçirilməsi, inventarlaşdırılması və təmizlənməsi ilə məşğul olan Blacksmith İnstitutunun nümayəndələri ilə görüş keçirilmişdir.

Azərikimya İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara Birlik tərəfindən həyata keçirilən ekoloyi layihər haqqında məlumat vermiş, bu istiqamətdə münasibətlərin Sumqayıt şəhərinin ekoloji mühitinin sağlamlaşdırılması baxımından faydalı olacağını vurğulamışdır.

Qeyd olunmuşdur ki, Blacksmith İnstitutunun da daxil olduğu GAHP 2012-ci ildən Azərbaycanda “İnsan orqanizmi üçün potensial təsirə malik toksiki çirklənmiş ərazilərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi Proqramı” pilot layihəsi çərçivəsində fəaliyyət göstərir və Azərikimya İB ilə də əməkdalığa böyük önəm verilir.

Görüş çərçivəsində GAHP ilə Azərikimya İB arasında anlaşma memorandumu imzalanıb.

Memorandumun şərtlərinə əsasən Alyans 5 ay ərzində Azərikimya İB ilə birgə keçmiş Üzvi-Sintez zavodunun Suötürmə məntəqəsinin neft və neft məhsulları ilə çirklənmiş 2 ha ərazinin təmizlənməsi, ərazidən tullantıların təhlükəli tullantılar poliqonuna daşınması, təmizlənmiş ərazidə abadlıq işlərinin görülməsi və yaşıllıqların salınması işlərini həyata keçirəcək.

Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar poliqonu ilə Alyans arasında müqaviə imzalanıb və ərazidə işlərə start verilib.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR