Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda iş axtaranlara şad xəbər


Yeni inşa ediləcək zavodda 150-200 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü yeni məhsul istehsalının təşkili və sənaye parkına investorların cəlb olunması işləri davam etdirilir.

Bu işlərin davamı olaraq, SKSP MMC-yə müraciət etmiş Azerbaijan Fibro Cement MMC-yə Parkın rezidenti statusu verilib və bununla da, rezidentlərin sayı 4-ə çatıb.

Azerbaijan Fibro Cement MMC sənaye parkının ərazisində lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək. Ən müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz ediləcək zavodda 150-200 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

İstehsal olunacaq məhsulların xarici ölkələrə ixracı da planlaşdırılır. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətlərindən olan Avstriyanın MFL şirkəti tərəfindən təmin ediləcək.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR