Sumqayıtda hava

Cəmiyyət

"Sumqayıt"ın taekvondoçuları Türkiyədən 2 medalla qayıdır

"Sumqayıt"ın taekvondoçuları Türkiyədən 2 medalla qayıdır


Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən klublararası 3-cü Avropa çempionatına yekun vurulub.

2 gün davam edən G1 kateqoriyalı yarışda Azərbaycanın aparıcı klubları 6 medal qazanıb.

Çempionatda ölkəmizi “Sumqayıt” (10) ilə yanaşı DİN (4), “Qəbələ” (1), “Gilan” (5), “Neftçi” (7) və “Fateh” (3) klubları ümumilikdə 30 taekvondoçu ilə təmsil edib.

Komandalarımızın heyətində böyüklərin yarışında fərqlənən olmasa da, Minayə Əkbərova (Gilan, 33) yeniyetmələrin, Nərgiz Mirzəyeva (Sumqayıt, 42 kq), Jalə Əsədli (DİN, 68 kq), Şamil Şirinzadə (Gilan), İlham Əliyev (Sumqayıt, hər ikisi 45 kq) və Əli Məmmədov (DİN, 51 kq) isə gənclərin mübarizəsində bürünc medallar qazanıblar.

Qeyd edək ki, idmançılarımız fevralın 12-15-də Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyası tərəfində təşkil ediləcək G1 kateqoriyalı, sayca 2-ci olan “Turkish Open”də güclərini yoxlayacaqlar.

Turnirə milli komandanın tərkibində “Neftçi”, “Gilan” və “Savalan”ın taekvondoçuları qatılacaqlar. Burada isə 26 idmançı ilə təmsil olunacağıq.

"Sumqayıt"ın taekvondoçuları Türkiyədən 2 medalla qayıdır

"Sumqayıt"ın taekvondoçuları Türkiyədən 2 medalla qayıdır

"Sumqayıt"ın taekvondoçuları Türkiyədən 2 medalla qayıdır

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR