Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Bələdiyyəsinin yeni sədrini tanıyaq

Sumqayıt Bələdiyyəsinin yeni sədrini tanıyaq


Məlum olduğu kimi, 2014-cü ilin sonlarında keçirilən bələdiyyə seçkiləri nəticəsində Sumqayıt Bələdiyyəsinin yeni tərkibi formalaşıb.

Bələdiyyə üzvlərinin yanvar ayında keçirilən ilk iclasında 19 nəfər bələdiyyə üzvlərindən ibarət olan yeni heyət tərəfindən professor Əbülfəz Babayev yenidən Sumqayıt Bələdiyyəsinin sədri, Sultan Əsədov, Zeynəb Məmmədyarova və Musa Həsənov sədrin müavinləri seçiliblər.

"Yenisumqayit.az" kollektivi olaraq Sumqayıt Bələdiyyəsinin yeni üzvlərini bu vəzifəyə seçilməkləri münasibətilə təbrik edir, onlara gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.

Beləliklə, gəlin Sumqayıt Bələdiyyəsinin yeni sədrini daha yaxından tanıyaq.

Əbülfəz İsmayıl oğlu Babayev

1947-ci ilin 20 sentyabr tarixində Şərur rayonunun Qarabağlar kəndində anadan olub.
1972-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun kimya-texnologiya fakultəsini bitirərək Sumqayıt Sintezkauçuk zavodunda gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb.
1982-83-cü illərdə S.Orconikidze adına Moskva Qırmızı Əmək Bayrağı Ordenli İdarəetmə İnstitutunun Sənaye-tikinti və istehsalın təşkili fakultəsini bitirib.
1991-ci ildə ABŞ-nın Kaliforniya ştatında PEPPERDİNE Universitetində “Müasir dövrdə iqtisadiyyatın təşkili” kursunu keçib.
1980-ci ildə Moskva şəhərində D.İ.Mendeleyev adına Kimya-Texnologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında doktorluq dissertasiyasını müdafiə edərək, texniki elmlər doktoru alimlik dərəcəsinə layiq görülüb.
Azərbaycan Dövlət Neft Akademiyasının “Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası” kafedrasının professorudur.
1994-cü ildə Beynəlxalq Mühəndislər Akademiyasının (keçmiş SSRİ) müxbir üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 1996-cı ildə Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, 2006-cı ildə isə Azərbaycan Mühəndislər Akademiyasının həqiqi üzvü-akademiki seçilib.
Səmərəli elmi fəaliyyətinə görə 2 dəfə Beynəlxalq Mühəndislər Akademiyasının qızıl medalı ilə təltif olunub. 300-dən yuxarı elmi məqalənin, o cümlədən, 100-dən artıq elmi ixtira və patentin, 17 dərslik və monoqrafiyanın müəllifidir.
Elmi məqalələri ABŞ, Rusiya, Almaniya, Türkiyə, Fransa, İran, İtaliya, Əlcəzair, Çexoslovakiya və s. ölkələrin jurnallarında dərc olunmuş və həmin ölkələrdə keçirilən elmi-praktiki konfranslarda, simpoziumlarda ölkəmizi layiqincə təmsil etmişdir.
Bütün tədqiqatlar birbaşa fəaliyyətdə olan istehsal prosesləri gedən qurğularda aparılmışdır.
YAP Sumqayıt şəhər təşkilatı idarə heyətinin və siyasi şurasının üzvüdür.
1983-2005 ci illərdə Sintezkauçuk İstehsalat Birliyinin baş mühəndisi, Etilen-Polietilen zavodunun direktoru, Azərkimya Dövlət Şirkətinin vitse-prezidenti vəzifələrində çalışıb.
Ölkəmizdə neft-kimya sənayesinin inkişafinda, bu sahənin nəhəngi olan Etilen-Polietilen zavodunun tikintisində, səmərəli istismarının təşkilində, müxtəlif yeni növ lateks istehsalatlarının yaradılmasında, müstəqilliyimiz dövründə yeni butadien istehsalatının tikintisində böyük əməyi vardır.
Azərbaycan neft-kimya sənayesinin dünya bazarına ilk çıxarılan, bu gün də uğurla satılan Avropanın brend mükafatlarını, simvollarını ilk olaraq ölkəmizə gətirən mütləq izopropil spirti və yüksək oktan ədədli benzinlərin istehsalında qatqı kimi istifadə olunan mütləq izopropil efiri istehsalatının yaradılması mübaliğəsiz olaraq onun adı ilə bağlıdır.

Sumqayıt Bələdiyyəsinin yeni sədrini tanıyaq


1999-cu və 2004-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmiş, yerli iqtisadi inkişaf və yerli ekologiya məsələləri daimi komissiyalarıının sədri olmuşdur.
2005-ci ilin avqust ayında Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.
2006 və 2010-cu illərdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri seçilib.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqressinin üzvü, Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavinidir.
Onun rəhbərliyi altında Sumqayıt Bələdiyyəsi xarici və ölkə bələdiyyələrinin təcrübəsinə, yerli özünüidarəetmə sahəsində elmi tədqiqatlara əsaslanan müasir konsepsiyanın üzərində qurulmuş şəhərin sosial, iqtisadi, ekologiya, vətəndaşların yerli özünüidarəetmədə iştirakçılıq forması olan-məhəllə komitələrinin fəaliyyətlərinin təkmilləşdirilməsi, ictimai iştrakçılığın tətbiq edilməsi, insan resurslarının inkişafı, gender siyasətinin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın yeni müstəvidə təşkili sahələrində çoxsaylı layihələr həyata keçirmişdir.

Sumqayıt Bələdiyyəsinin yeni sədrini tanıyaq


2011-ci ildə Avropa şəhərləri arasında partnyor münasibətlərin yaradılmasında Azərbaycan bələdiyyələrinin fəal işinin beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirən Fransa Bələdiyyələri Assosiasiyası öz illik iclasının qərarı ilə Fransa və Azərbaycan Bələdiyyələri Assosiasiyalarının və bu ölkələrin yerli özünüidarəetmə orqanlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində səmərəli fəaliyyətinə görə Əbülfəz Babayevi Fransa Bələdiyyələri Assosiasiyasının qızıl medalı ilə təltif edib.
23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinə yenidən üzv, Sumqayıt Bələdiyyəsinin 2015-ci il 21 yanvar tarixli iclasının qərarı ilə yenidən Sumqayıt Bələdiyyəsinin sədri seçilmişdir.

168saat.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR