Sumqayıtda hava

Hadisə

Sumqayıt sakinləri Qusarda qəzaya düşdü, 1 ölü, 1 yaralı var

Sumqayıt sakinləri Qusarda qəzaya düşdü, 1 ölü, 1 yaralı var


Bu gün səhər saatlarında Qusar rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun rayonun Atlıxan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini Ağamalıyev Qərib Kamran oğlunun idarə etdiyi 99-GS-974 dövlət nömrə nişanlı, Ford Tranzit markalı avtomaşın idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan sərnişin, Sumqayıt şəhər sakini Süleymanova Tahirə Yusif qızı dünyasını dəyişib, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzanın yolun buzlu olması və sürücünün hava şəraitinə uyğun sürət seçməməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR