Sumqayıtda hava

Cəmiyyət

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək


Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev fevralın 19-da, saat 11:00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.

"YeniSumqayit.az"ın Fondun saytına istinadla verdiyi məlumata əsasən, qəbul Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün nəzərdə tutulur.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Sumqayıt şəhər şöbəsində (01865) 2-15-15
Abşeron rayon şöbəsində (012) 342-89-66
Xızı rayon şöbəsində (02331) 5-01-64
Qubadlı rayon şöbəsində (01865) 5-41-37

Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR