Sumqayıtda hava

Cəmiyyət

Qəbul imtahanlarında ən yüksək nəticəni hansı məktəblər göstərir

Qəbul imtahanlarında ən yüksək nəticəni hansı məktəblər göstərir


Azərbaycanda qəbul imtahanlarında fənlər üzrə ən yüksək nəticə bütün illərdə əsasən Bakı şəhərində, eləcə də respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərmiş türk liseylərinə məxsusdur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 2-ci yerdə birbaşa Təhsil Nazirliyinin tabeliyində olan liseylər gəlir.

Türk liseylərinin göstəriciləri Təhsil Nazirliyinin tabeliyində olan liseylərin göstəricilərindən 1,2-1,4 dəfə yüksəkdir.

Fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlili göstərir ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır. Belə rayonlara misal olaraq Qax, Salyan, Qəbələ və Neftçala rayonlarını göstərmək olar.

Azərbaycan bölməsində ana dili, riyaziyyat və fizika fənləri üzrə Qax rayonunun, ədəbiyyat fənni üzrə Qazax rayonunun, kimya fənni üzrə Neftçala rayonunun, biologiya fənni üzrə Mingəçevir şəhərinin, tarix fənni üzrə Tovuz rayonunun, coğrafiya fənni üzrə Salyan rayonunun, ingilis dili fənni üzrə isə Sumqayıt şəhərinin abituriyentləri üstünlük əldə ediblər.

Rus bölməsi abituriyentlərinin böyük əksəriyyətini Bakı, Sumqayıt və Gəncə şəhərlərinin məzunları təşkil etdiyindən yüksək göstəricilər də bu şəhərlər arasında paylanıb.

Komissiyadan bildirilib ki, müəyyən bölgələrin ayrı-ayrı fənlər üzrə qəbul imtahanlarındakı yüksək göstəriciləri artıq ənənə halını alıb: “Məsələn, Azərbaycan bölməsi üzrə ana dili fənnindən Mingəçevir şəhəri, Qəbələ rayonu, riyaziyyat fənnindən Sumqayıt şəhəri və Qax rayonu, kimyadan Şəki, Qax və Neftçala rayonları, fizikadan Qax və Göyçay rayonları, biologiyadan Şəki rayonu və Mingəçevir şəhəri, tarixdən Naxçıvan şəhəri, coğrafiyadan Salyan, Qax və Qəbələ rayonları bütün illərdə ən yüksək göstəricili bölgələr sırasındadır”.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR