Sumqayıtda hava

Redaktorun Seçimi, Cəmiyyət

Sumqayıt Dövlət Universitetində konfrans keçirilir

Sumqayıt Dövlət Universitetində konfrans keçirilir


3 dekabr 2014-cü il tarixində Sumqayıt Dövlət Universitetinin akt zalında “Azərikimya” İstehsalat Birliyinin, AMEA-nın Polimer Materialları İnstitutunun və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə “Sənaye ili” çərçivəsində “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” mövzusunda VIII ənənəvi Beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə SDU-nun rektoru, dosent Elxan Hüseynov açaraq, iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etmiş və konfransın işinə uğurlar arzulamışdır.
Konfransın plenar iclasında “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev və AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov geniş məruzə ilə çıxış etmşlər.
Məruzələrdə Azərbaycanda ekoloji problemlərin həlli istiqamətində son illərdə görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr və bu sahədə dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlardan geniş sohbət açılmışdır. Həmçinin müasir texnologiyalar əsasında yeni sənaye parklarının yaradılması, çirklənmiş torpaqların reablitasiyası, eyni zamanda enerjidaşıyıcılardan qənaətlə istifadə olunması və alternativ enerji mənbələrinin yaradılması məsələləri geniş müzakirə olunmuşdur.
Konfrans “Ekoloji problemlərin həllində yeni üsul və texnologiyalar”, “Ətraf mühit, sağlamlıq ekoloji maarifləndirmə, sənaye tullantılarının zərəsizləşdirilməsi”, “Ətraf mühitdə baş verən fiziki, kimyəvi, bioloji proseslər və onların canlı aləmə təsiri” və “Qloballaşma şəraitində fövqəladə halların ətraf mühitə təsirinin ekoloji qiymətləndirilməsi” bölmələri üzrə öz işini davam etdirilmişdir.
Üç gün davam edəcək konfransa bölmə rəhbərlərinin hesabatı, ümumi müzakirələr, təkliflər və müvafiq qərarların qəbul edilməsi ilə yekun vurulacaqdır.

Sumqayıt Dövlət Universitetində konfrans keçirilir





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR