Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Gənc liderlər arasında peyntbol çempionatı keçiriləcək

Gənc liderlər arasında peyntbol çempionatı keçiriləcək


Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər təşkilatları arasında Peyntbol idman növü üzrə Çempionat keçirəcək.

Çempionatda Azərbaycan Respublikasında fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatları iştirak edə bilərlər.

Çempionatın keçirilməsində əsas məqsəd gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması, onların fiziki hazırlıqlarının inkişafına dəstəkdir. Eyni zamanda gənclər peyntbol idman növü vasitəsi ilə asudə vaxtlarını səmərəli istifadə etməklə həmyaşıdlarına vətənpərvərlik sahəsində örnək nümayiş etdirəcəklər.

Çempionatda gənclər təşkilatlarının nümayəndələri 6 nəfər olmaqla komanda yaradıb iştirak edə bilər. Keçirilməsi nəzərdə tutulan çempionatın ixtisaslaşmış idman növü olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyası ilə sıx əməkdaşlıq ediləcəkdir.

Məhz bu məqsədlə də Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Peyntbol Federasiyası tərəfindən çempionatın rəsmi əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikasında rəsmi dövlət qeydiyyatına alınmış gənclər təşkilatları 15 fevral 2015-ci ilədək rəsmi qaydada komandalarını qeydiyyatdan keçirməlidir. Qeydiyyat proseduru bitdikdən sonra komandalar arasında keçiriləcək püşkatma prosesində komandaların rəqibləri müəyyən ediləcəkdir.

Hər həftə davam edən yarışların yarımfinal qalibləri may ayında Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirləcək final mərhələsi ilə başa çatacaqdır. Qalib komanda üzvlərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunacaqdır.

Çempionatda iştirak etmək istəyənlərin nəzərinə!

Çempionatda iştirak etmək, çempionatda iştirak üçün ərizə formasını əldə etmək üçün çempionatın təşkilati işlər üzrə kuratoru Natiq Nəsirovla əlaqə saxlaya bilər.

Tel: 012-537-12-24, 050-398-47-74;
Elektron poçt: natiq.nasirov@gmail.com
Qeydiyyat üçün son tarix: 15 fevral 2015-ci il





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR