Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

AXA MBASK-dan tələbələr üçün təlim və təcrübə imkanı

AXA MBASK-dan tələbələr üçün təlim və təcrübə imkanı


AXA MBASK Sığorta şirkəti “AXA MBASK Akademiya” proqramı çərçivəsində ATGTİ ilə birlikdə tələbələr üçün “Sığorta işinin təşkili” adlı nəzəri və praktiki kurslara başlayır.

Proqramın əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.

Bir ay davam edən kurs sayəsində tələbələr tam olaraq iş prosesinə daxil olub, sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaq, əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

Kurs zamanı tələbələr şirkətin iş xüsusiyyətini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər. Mühazirələr AXA MBASK-ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılacaq.

Kursun sonunda şirkət tələbələrə müvafiq sertifikatlar təqdim edəcəkdir. Əlavə olaraq, fərqlənmiş tələbələr şirkətdə yay təcrübəsi keçəcəklər. Bundan sonra onlar şirkətdə daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər.

Təlim müddətində bütün tələbələr bədbəxt hadisələrdən sığortalanacaqlar.

Bu mühazirə və təlim kursu - nadir peşə təcrübəsi, kurs və diplom işləri üçün materiallar toplamaq imkanı, ən yaxşı beynəlxalq təcrübə, ən əsası isə iri şirkətdə uğurlu karyeranın başlanğıcı deməkdir.

Tələbələr üçün “Sığorta işinin təşkili” adlı nəzəri və praktik kurslar hər rübün əvvəlində keçiriləcəkdir.

Təlim 2-13 mart tarixlərində həftəiçi 3 dəfə saat 10:00-da keçiriləcək.

Son qeydiyyat tarixi: 24 fevral 2015-ci il

Qeydiyyat





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR