Sumqayıtda hava

İqtisadiyyat

Yaponiyalı qonaqlar Sumqayıtda

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin təşəbbüsü ilə Yaponiyanın aparıcı kimya və neft-kimya şirkətlərinin əməkdaşları ölkəmizdə səfərdə olublar.
Yaponiya şirkətlərinin təmsilçiləri Bakıda keçirilmiş "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq konfransda iştirak ediblər. Onlar İqtisadiyyat və Sənaye Nazirliyinin, AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nümayəndələri, eləcə də bir sıra yerli şirkətlərlə görüşlər keçiriblər.
Səfər çərçivəsində "Neft və qaz texnologiyası üzrə Yapon-Azərbaycan əməkdaşlığı" mövzusunda seminar təşkil olunub. Seminarın nəticəsi olaraq Yaponiyanın bir sıra aparıcı şirkətlərinin texnologiyalarının Azərbaycanda tətbiqi, Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Yaponiyalı qonaqlar, həmçinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində aparılan infrastruktur, tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlara SKSP haqqında məlumat verilib, sənaye parkına dair 3D formatlı videoçarx nümayiş etdirilib. Sonra qonaqlar SKSP-nin ilk rezidenti olan "Azertexnolayn" MMC-nin Polad Boru Zavodunun fəaliyyəti ilə tanış olublar.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR