Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda Olimpiadaya Hazırlıq Mərkəzinin açılışı olub

Sumqayıtda Olimpiadaya Hazırlıq Mərkəzinin açılışı olub


Fevralın 14-də Təbiət elmləri təmayüllü gimnaziyada riyaziyyat və fizika fənləri üzrə Olimpiadaya Hazırlıq Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyi və Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələri, şagirdlər, valideynlər iştirak ediblər.

Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev hazırlıq mərkəzinin məqsədi, işin təşkili və perspektiv gözləntilər barədə məlumat verib. O, bildirib ki, istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların inkişaf etdirilməsi sahəsində aparılan sistemli iş nəticəsində bu prosesə IX, X və XI sinif şagirdləri ilə yanaşı, VII və VIII sinif şagirdləri də cəlb olunub.

Təhsil Nazirliyinin tövsiyəsinə əsasən, işçi qrup yaradılmaqla Sumqayıt şəhərindəki ümumtəhsil məktəblərinin ən yaxşı oxuyan, riyaziyyat və fizika fənlərinə marağı olan 473 şagirdi arasında perspektivli uşaqları seçmək üçün şəhər üzrə monitorinq keçirilib. Monitorinqə riyaziyyat üzrə 147 nəfər VII sinif şagirdi, 143 nəfər VIII sinif şagirdi qatılıb. Fizika fənni üzrə isə VII və VIII siniflərdən 183 nəfər seçimlərdə iştirak edib. Monitorinqin nəticəsinə əsasən riyaziyyatdan 26, fizikadan 28 ən yüksək bal toplamış şagird müəyyənləşdirilib və həmin şagirdlər Olimpiadaya Hazırlıq Mərkəzinə daxil edilib.

Mərasimdə çıxış edən valideynlər Təhsil Nazirliyinin istedadlı uşaqların müəyyənləşdirilməsi və onların inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri təqdir etdiklərini bildiriblər. Onlar məktəblilərin daha yüksək səviyyədə təhsil alması üçün üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklərini vurğulayıblar.

Sumqayıtda Olimpiadaya Hazırlıq Mərkəzinin açılışı olub

Sumqayıtda Olimpiadaya Hazırlıq Mərkəzinin açılışı olub

Sumqayıtda Olimpiadaya Hazırlıq Mərkəzinin açılışı olub





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR