Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

“Tələbələrarası I Biznes İdarəetmə Bilikləri Olimpiadası” keçiriləcək

“Tələbələrarası I Biznes İdarəetmə Bilikləri Olimpiadası” keçiriləcək


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Universitetinin təşkilati dəstəyi ilə “Tələbələrarası I Biznes İdarəetmə Bilikləri Olimpiadası” keçiriləcək.

Azərbaycanın bütün universitetlərində təhsil alan tələbələrin iştirakına açıq olan olimpiada biznesin idarə olunması sahəsində biliklərin qiymətləndirilməsi, bu sahəyə marağı olan gənclərin üzə çıxarılmasına istiqamətlənir.

Layihənin rəhbəri Azərbaycan Universitetinin MBA proqramının tələbəsi Cəmil Hüseynovdur.

Olimpiada Biznes statistikası, Biznes hüququ, Korporativ maliyyə, İnformasiya sistemlərinin idarə olunması, Marketinq, Qlobal iqtisadiyyatda menecment, Menecer iqtisadiyyatı, Biznes ünsiyyəti, Biznes modelleşməsi, Qlobal rəqabət strategiyası, Beynəlxalq biznes, Əməliyyatlar menecmenti, Sahibkarlıq və müəssisə kimi fənləri əhatə edəcək.

Olimpiada iki mərhələdən ibarətdir.

I tur 15 mart 2015-ci il tarixində, final mərhələsi isə 29 mart 2015-ci il tarixində keçiriləcəkdir. I mərhələdə nəticəsi məqbul hesab olunan iştirakçılar ikinci mərhələdə iştirak hüququ əldə edəcəklər. Suallar test formasında təqdim olunacaq.

Qaliblər - I, II, III yerin sahibləri diplom və müvafiq olaraq “Planşet”, “Pocket book”, “I-pod shuffle”la mükafatlandırılacaq. Bütün finalçılar isə sertifikatlarla təltif ediləcək.

Olimpiada üçün son qeydiyyat tarixi 28 fevral 2015-ci ildir.

Müsabiqədə iştirak etmək istəyən tələbələr son qeydiyyat tarixinə qədər ərizə formasını doldurmalıdırlar. Ərizəni aşağıda qeyd olunan linkə daxil olmaqla doldurmaq mümkündür:

QEYDİYYAT





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR