Sumqayıtda hava

Siyasət

Ekspert: "Azərbaycandan İŞİD-ə qoşulanların dəqiq sayı bilinmir."

Ekspert: "Azərbaycandan İŞİD-ə qoşulanların dəqiq sayı bilinmir."


“Hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 300-dən çox şəxs dini-ekstremist qruplaşmalarda iştiraka görə cəza çəkir”.

Bunu “Rossiya Seqodnya” Beynəlxalq Mətbuat Mərkəzinin təşkilatçılığı ilə keçirilən Bakı-Astana-Moskva videokörpüsündə Bakı Dövlət Universiteti kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov deyib.

O qeyd edib ki, həmin şəxslər ölkə daxilində “Sumqayıt camaatı”, “Meşə qardaşları” və digər dini qruplaşmaların üzvləri olublar. Bundan əlavə, 40-dan çox şəxsin də ölkə xaricindəki silahlı qruplaşmalarda iştirakına görə Azərbaycanda saxlanılaraq məhkəmə qarşısına çıxarıldığını deyən ekspert vurğulayıb ki, terrora qarşı mübarizədə Azərbaycan çox aktivdir və təhlükəsizlik sahəsində başqa dövlətlərlə də əməkdaşlıq edir:
“Dini ekstremizm və terror təhlükəsi Azərbaycandan da yan keçmir. Buna görə də Azərbaycanın xüsusi xidmət orqanları yaranan təhdidlərin qarşısını almaq üçün ciddi tədbirlər görür. “Eurovision-2012” ərəfəsində böyük bir qruplaşma Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən aşkar olunaraq zərərsizləşdirildi. O təhdidlərin Bakı-2015 I Avropa Oyunları ərəfəsində də yaranacağı istisna olunmur. Bu istiqamətdə ölkəmizin xüsusi xidmət orqanları gərgin işləyirlər”.

“İslam Dövləti” qruplaşmasının regionda yaratdığı təhdidlərlə bağlı məsələni şərh edən professor bildirib ki, hazırda bu qruplaşma güclənməkdədir və bu proses minimal vaxt kəsimində baş verib:
“İŞİD-i sıradan bir terror qruplaşması adlandırmaq olmaz. İraq və Suriyanın iri yaşayış məntəqələrində möhkəmlənən və maliyyə rıçaqları ilə təmin olunan bu qruplaşma qısa vaxt ərzində qlobal təhdidlər yarada biləcək bir sistem yaradıb. Onların Şimali Qafqazda dayaqları daha güclüdür. Hazırda İŞİD sıralarında Şimali Qafqazdan olan 16 mindən çox insan döyüşür. Azərbaycandan gedənlərin sayı barədə dəqiq məlumat yoxdur”.

Rusiyalı ekspert, Xəzər Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev bildirib ki, Qafqaz və Mərkəzi Asiya ölkələrində əhalinin əksəriyyətinin müsəlman olması bu ərazilərdə dini ekstremizmin möhkəmlənməsi üçün müəyyən qədər zəmin yaradır:
“Dini ekstremizmin region üçün təhlükəsi böyükdür və hər an təhlükə yarana bilər. Cəmiyyətlərdə çaxnaşma salınması ilə yanaşı, terror dalğaları xalq arasında hökumətlərin etibarının sarsıdılması, mövcud sistemlərin ağır zərbə alması kimi nəticələr ola bilər. Əfqanıstan faktorunu da nəzərdən qaçırmaq olmaz. Hazırda Rusiya o bölgədə təhlükəsizliyin qorunmasına kömək edir. Bu, hamımız üçün təhlükədir. İŞİD təhlükəsi daha çox ABŞ-ın ya düşünülmüş, ya da düşünülməmiş addımları nəticəsində yaranaraq bugünkü şəklini alıb. Həm siyasi səviyyədə, həm də təhlükəsizlik sahəsində əməkdaşlıq etmək lazımdır. Digər tərəfdən, ruhanilər sadə insanlarla işləməyə, təhlükəli cərəyanlarla mübarizəyə daha çox diqqət ayırmalıdırlar”.

Rusiyalı politoloq, Rusiya XİN Beynəlxalq Araşdırmalar İnstitutunun Analitik Mərkəzinin direktoru Andrey Kazantsev qeyd edib ki, İŞİD-dən danışarkən onun İslamla aidiyyəti olmadığını mütləq vurğulamaq lazımdır:
“Bu qruplaşmanın İslamla əlaqəsi yoxdur. Sadəcə, faşizmin yeni bir növüdür. Bütün Avropa bir vaxtlar faşizmə qarşı birləşdiyi kimi, bu gün dünya İŞİD-ə qarşı birləşməlidir”.

Ekspert: "Azərbaycandan İŞİD-ə qoşulanların dəqiq sayı bilinmir."

Ekspert: "Azərbaycandan İŞİD-ə qoşulanların dəqiq sayı bilinmir."

APA





Цитата
  • Kouji

  • 11 iyul 2015 11:26
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Thank you, Tom. Yes, I also regard myeslf very lucky. It's absolutely not my merit. And if once it happened so, I try to share as much as I can with our readers.
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR