Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirilir

SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirilir


Təhsil Nazirliyi 2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirir.

Müsabiqədə ölkəmizdəki bütün ali təhsil müəssisəsinin bakalavr pilləsində I kursda əyani təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilər.

6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə təşkil olunan müsabiqə 3 mərhələdə aparılacaq.

Müsabiqə ilkin mərhələdə akademik göstəricilərin qiymətləndirilməsi, ikinci mərhələdə ingilis dili və məntiq üzrə test imtahanı və son mərhələdə müsahibə şəklində aparılacaqdır.

Qeydiyyat mərhələsi 02.02.2015-ci il tarixindən başlamış və 15.03.2015-ci il tarixinə qədər davam edəcəkdir. Müraciət etmək istəyən tələbələrdən www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını müvafiq şəkildə doldurmaları tələb olunur.

Tələbələrin elektron ərizəyə daxil etdikləri məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana dəvət olunacaqdırlar.

Müsabiqənin ikinci mərhələsi olan test imtahanının 2015-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulmuşdur. İmtahan nəticələri elan olunduqdan sonra nəticələri yüksək olan tələbələr müəyyən olunmuş komissiya heyətinin iştirakı ilə müsahibəyə çağrılacaqlar.

Qəbul qaydaları və müəyyən olunmuş ixtisaslar haqqında ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR