Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Turizm sahəsinə marağı olan gənclər üçün yeni layihəyə start verilir

Turizm sahəsinə marağı olan gənclər üçün yeni layihəyə start verilir


"Gənclər Turizmi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər üçün Turizm Məktəbi” layihəsinə start verir. Bakı şəhərində keçirilməsi nəzərdə tutulan layihə 27 fevral–1 mart tarixlərini əhatə edəcək.

Həyata keçiriləcək turizm məktəbində gənclərin və bu sahədə fəaliyyət göstərən turizm mütəxəssislərinin iştirakı ilə Azərbaycan turizm sektoru innovativ nöqteyi nəzərdən incələnəcək, mövcud vəziyyət araşdırılacaq və Azərbaycan turizm sektorunda elektronik ticarətin inkişaf perspektivləri müzakirə olunacaqdır.

Turizm sahəsində təhsil alan və çalışan gənclərin iştirakı ilə keçiriləcək turizm məktəbinin məqsədi ölkədə e-turizmin inkişafında gənclərin rolunun artırılmasına nail olmaq və gənclərin turizmdə informasiya kommunikasiya texnologiyalarının tətbiqində töhfəsini artırmaqdır.

Bununla bərabər layihənin əsas məqsədi turizm sahəsində fəaliyyət göstərən, təhsil alan və çalışan gənclər arasında şəbəkələşməni gücləndirmək və onların elektron turizm sahəsinə maraqlarını artırmaq və turizmin davamlı inkişafına cəlb etməkdən ibarətdir. Layihə çərçivəsində keçiriləcək təlimlər ölkənin qabaqcıl turizm şirkətlərinin mütəxəssisləri və professional təlimçilər tərəfindən azərbaycan, rus və ingilis dillərində keçiriləcək.

Layihədə iştirak etmək istəyən şəxslər 22 Fevral 2015-ci il tarixinədək "Gənclər Turizmi" İB-nin rəsmi saytında (youthtourism.az) yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.

Layihə çərçivəsində keçiriləcək təlim proqramının iştirak seçimində əsasən Azərbaycan Turizm və Menecment İnstitutununun sonuncu kurs tələbələrinə və təlim proqramından sonra e-turizm sahəsində çalışmaq niyyəti olan gənclərə üstünlük veriləcək.

Təlim proqramını uğurla başa vuran iştirakçılar təlim proqramından sonra e-turizm sahəsində praktiki biliklərini artırmaq məqsədilə bu sahədə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətində təcrübə proqramında iştirak etməyə dəvət olunacaqdır.

“Gənclər Turizmi” İctimai Birliyi
Skype: youth.tourism
Mobil: +994 50 311 24 84
E-mail: info@youthtourism.az
Ünvan: Əzim Əzimzadə küç. 18/12, mən. 11, Bakı, Azərbaycan (Xəritədə göstər)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR