Sumqayıtda hava

Cəmiyyət

Toy və yas mərasimlərində niyə heç nə dəyişmədi (MÜSAHİBƏ)

Toy və yas mərasimlərində niyə heç nə dəyişmədi (MÜSAHİBƏ)


Fazil Mustafa: “Azərbaycan cəmiyyətinin əksəriyyəti dövlətin israfçılığa qarşı olan bu siyasətini qəbul edə bilmədi.”

3-4 ay əvvəl ölkəmizdə yas və toy mərasimlərində dəbdəbəli süfrələrin açılmasının və israfçılığın qarşısını almaq məqsədilə bir kampaniyaya start verildi. Bu kampaniya əksəriyyətin ürəyindən xəbər versə də, bir qisim insanların narazılığına səbəb oldu. Hətta israfçılığın qarşısını almaq üçün müvafiq icra orqanları yas məclislərinə gedir və təmtəraqlı ehsan süfrələrinə etiraz edirdilər. Ancaq bu çox uzun çəkmədi.

Hazırda toy və yas məclislərində yenə də süfrələr aşıb daşır və israfçılığa yol verilir. Deyilənlərə isə əhəmiyyət verən olmadı. Görünür ki, artıq müvafiq qurumlar da yorulub və bu işə nəzarəti azaldıb.

Deputat Fazil Mustafa dövlətin atdığı addımları xalqın dəstəkləmədiyini və buna görə də israfçılığın yenidən baş alıb getdiyini bildirdi:
“Toyla yası bir qədər fərqləndirmək lazımdır. Toyların idarə olunması ayrı-ayrı məqsədyönlü fəaliyyət göstərən şəbəkənin işidir. Ona görə də onlar bilərəkdən başqa alternativ saxlamırlar ki, imkanı zəif olan insanlar toy tədbirlərini özlərinin seçiminə görə keçirsinlər. Yəni toy çox bahalı olmasın və burada yığılan puldan gənc ailəyə kömək olsun. Amma şadlıq evləri kənardan idarə olunduğu üçün qiymətlərin dəyişməz şəkildə saxlanmasını müşahidə edirik. Hətta bu, dövlətdə vəzifə tutan insanların maraqlarının qorunduğu yerdir. Çünki bu böyük bir gəlir yeridir. Bu gəlir yerindən də neçə illərdir vətəndaşın dərisini soyaraq istifadə edilir. Alternativlər olsaydı insanların bir qismi bu qədər təmtəraqlı, israfçı toyların keçirilməsinə maraq göstərməzdi. Burada çoxlu qida və digər soyğunçuluq problemləri var ki, bu əhalini narahat edən bir məsələdir. Bunu əngəlləmək çox çətindir. Çünki dövlətin bu istiqamətdə hər hansısa bir şəkildə çalışması olmadı”.

Toy və yas mərasimlərində niyə heç nə dəyişmədi (MÜSAHİBƏ)


Yas mərasimlərindəki israfçılığa gəlincə bunun qarşısını almaq üçün dövlət tərəfindən müəyyən addımlar atıldığını deyən F.Mustafa bu addımları xalqın özünün dəstəkləmədiyini bildirdi.

Millət vəkili məhz buna görə də hazırda yenə də əvvəlki kimi israfçılığın baş alıb getdiyini dedi:
“Azərbaycan xalqı mövhumata, cəhalətə meyilli bir xalqdır. Təbii ki, xalqın müəyyən sağlam düşünən hissəsi var ki, onlar üçün bu yas tədbiri şöhrətpərəstlik, israfçılıq tədbiri deyil. Bu onlar üçün öz ölüsünə hörmət eləmə tədbiridir və bu hörməti də kiminsə qarnını doyuzdurmaq kimi anlamırlar. Azərbaycan cəmiyyətinin əksəriyyəti dövlətin israfçılığa qarşı olan bu siyasətini qəbul etmədi. Bunu da qanuna salmaq doğru deyil. Dövlət test etdi, cəmiyyət isə dedi ki, biz öz geriliyimizi, israfçılığımızı və dinə yanlış münasibətimizi davam etdirəcəyik. Qoy israfçılıq, gözə girmə, şöhrətpərəstlik olsun və görsünlər ki, mən öz vəfat edənimə nə qədər hörmət qoyuram. Hətta bu düşüncə ilə kasıb vətəndaşlar belə borc alıb yemək verirlər. Halbuki bəhanə vardı ki, bunu etməsinlər. Dövlət də bunu təqdir edirdi ki, insanlar bu cür borc-xərc tapıb israfçılıq etməsinlər. Xalq da dövlətin bu qərarını bəhanə edib normal, özünü xərcə salmayan addımlar ata bilərdi. Amma yenə də bahalı qəbir daşlarının qoyulması və daha çox ehsan vermək xəstəliyinin davam etməsi onu göstərdi ki, dövlətin bu məsələdə qanun qəbul etməsi əslində daha böyük səhv olardı.

Çünki məcburiyyətlə insanların canındakı nadanlığı yaxud da ki, xurafatı, mövhumatı, israfçılığı ortadan qaldırmaq mümkün deyil. Yəni qanuna tabe olub 2-3 gün buna əməl edərlər. Amma sonradan öz köhnə adətlərini hamı davam etdirəcək. Bu baxımdan da acınacaqlıdır. Mən bu məsələdə dövləti qınamağın qətiyyən tərəfdarı deyiləm. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, xüsusən də Mübariz Qurbanlı sədr olandan sonra bu istiqamətdə xeyli mütərəqqi addımlar atdı. Sadəcə olaraq cəmiyyət dedi ki, biz bunu istəmirik və biz həmişə soyulmalıyıq, İslam dinini isə istədiyimiz kimi başa düşməyə davam edəcəyik. Belə olan təqdirdə dövlət nə edə bilər?! Gördünüz ki, mən toy məsələsini ayırdım. Çünki toy məsələsi bir mafiya idarə etməsidir və vətəndaşın soyulması üçün düşünülən bir mexanizmdir. Amma yas məsələsi dövlətin atdığı addımı cəmiyyətin dəstəkləməməsidir”.

musavat.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR