Sumqayıtda hava

Cəmiyyət

Bu gün hava necə olacaq (04.12.2014)

Bu gün hava necə olacaq (04.12.2014)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək.
Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 766 mm civə sütununadək enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Dekabrın 4-5-də Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayimləşməsi müsbət amil olsa da, dekabrın 4-ü gün ərzində və 5-nə keçən gecə və səhər atmosfer təzyiqinin xeyli aşağı enməsi, dekabrın 6-da isə şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR