Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt məktəbliləri Ümummilli Liderin həyat və fəaliyyətini öyrənirlər (FOTO)

Sumqayıt məktəbliləri Ümummilli Liderin həyat və fəaliyyətini öyrənirlər (FOTO)


Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında keçirilən növbəti açıq dərsdə şəhər 21 nömrəli məktəbin 11-ci sinif şagirdləri iştirak ediblər.

Məktəblilərə Ümummilli Liderin həyatı və fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycançılıq məfkurəsinin formalaşması, milli kadrların yetişməsi, müstəqil dövlət təsisatlarının yaranması, eləcə də Sumqayıtın iri sənaye şəhəri kimi inkişafında Ulu Öndərin müstəsna xidmətləri qeyd edilib.

Şəhər təhsil şöbəsi metodiki kabinetin direktoru Sabir Məmmədov bildirib ki, açıq dərslərdə məqsəd ümummilli liderin yüksək ideyalarını, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunu və xidmətlərini öyrənmək və bütün bunları gənc nəsillərə çatdırmaqdır.

Açıq dərsdə məruzə ilə çıxış edən şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi Rövşən İmanov vurğulayıb ki, çağdaş tariximizin 40 ili Ulu Öndərin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilib.

Diskussiya şəraitində aparılan açıq dərsdə şagirdlərin sualları cavablandırılıb, şagirdlər Ulu Öndərin keçdiyi şərəfli həyat yolunu əks etdirən eksponatlar, fotoşəkil və kitablarla da tanış olub, sənədli filmə baxıblar.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR