Sumqayıtda hava

Cəmiyyət

Bakı və Sumqayıt məktəblərində nümunəvi dərslər keçirilir

Bakı və Sumqayıt məktəblərində nümunəvi dərslər keçirilir


Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil müəssisələrində reproduktiv sağlamlıq məsələlərinə dair nümunəvi dərslər və seminarlar keçirilir.

Qızlarla oğlanlar üçün ayrılıqda keçirilən dərs və seminarlarda valideynlərin də iştirakı təmin olunur.

İlin əvvəlindən indiyədək 50-dən artıq məktəbin 3000-ə yaxın 6-7-ci sinif şagirdi və 300-ə yaxın valideyn dərs və seminarlarda iştirak edib. Dərslərə məktəb psixoloqları və təhsil müəssisələrinin tibb personalı da qatılır.

Dərs və seminarları Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan müəllimlər tədris edir.

Proqram çərçivəsində Bakıda 60, Sumqayıtda 25 müəllim üçün reproduktiv sağlamlıq məsələlərinin tədrisi və təşviqinin əsaslarına dair təlim kursu keçirilib.

Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir.

Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.

Bakı və Sumqayıt məktəblərində nümunəvi dərslər keçirilir

Bakı və Sumqayıt məktəblərində nümunəvi dərslər keçirilir

Bakı və Sumqayıt məktəblərində nümunəvi dərslər keçirilir

Bakı və Sumqayıt məktəblərində nümunəvi dərslər keçirilir





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR