Sumqayıtda hava

Cəmiyyət

Vaqif Sadıqovun namizədliyi "Sumqayıt"dan verilib

Vaqif Sadıqovun namizədliyi "Sumqayıt"dan verilib


AFFA İcraiyyə Komitəsinə yeni namizədin adı müəyyənləşib. Qurumun Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov İK-nın yeni üzvü ola bilər.

Belə ki, assosiasiyanın Nizamnaməsinə əsasən, komitədə təmsilçilik AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə aparılır. Peşəkar Futbol Liqası burada 4 üzvlə təmsil olunmaq hüququna malikdir. Komitə üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar bu rəqəm 3-ə enib.

Bununla bağlı, PFL hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Sadıqovun İK-nin üzvlüyünə namizədliyi irəli sürüb.

Seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək.

Qeyd edək ki, Sadıqovun namizədliyi “Sumqayıt” klubundan verilib

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR