Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Sumqayıtın valyuta dəyişmə məntəqələrində dollar qıtlığı yaranıb ? (ARAŞDIRMA)

Sumqayıtın valyuta dəyişmə məntəqələrində dollar qıtlığı yaranıb ? (ARAŞDIRMA)


Manatın dəyərdən hələ 6 ay boyunca düşməyəcəyi ilə bağlı verilən proqnozlar özünü doğrultmadı. Ötən gün manatın gözlənilmədən ucuzlaşması baş verdi. Bu səbəbdən valyuta dəyişmə məntəqələrində dolların satışının dayandırıldığı haqqında xəbərlər yayıldı.

Sumqayıt şəhərində valyuta dəyişmə məntəqələrində son vəziyyətin nə durumda olduğunu araşdırmağa çalışdıq. Şəhərin əsasən ticarət mərkəzinin yaxınlığında yerləşən valyuta dəyişmə məntəqələrinə üz tutduq.

Bir neçə yerdə məntəqə bağlı idi. Açıq olan məntəqələrin bəzilərində dolların satılmadığı bildirildi. Yalnız bir məntəqədə dolların satıldığının şahidi olduq. Ancaq satıcı bizə bildirdi ki, bir neçə gün səbr edib gözləyin:
"Hazırda 100$ -79 manat 50 qəpiyə satılır. Amma qiyməti yaxın günlərdə dəyişəcək, yəni 100$ -79 manata satılacaq”.

Kiçik araşdırmamız nəticəsində öyrəndik ki, Sumqayıtda 100 dolların 80 manata satıldığı məntəqə də olub.

Ümumilikdə Sumqayıt şəhərində valyuta dəyişmə məntəqələrində son vəziyyət belədir:
-100$ alışı – 78 manat 70 qəpik
Satışı - 79manat 50 qəpik.

-100 evro alışı – 89manat 56 qəpik
Satış – 90 manat, 50 qəpik

-100 rus rublu alışı – 1 manat 25 qəpik
Satış - 1 manat 30 qəpik.

Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR