Sumqayıtda hava

Cəmiyyət

İçərişəhərdə möhtəşəm Novruz festivalı keçiriləcək

İçərişəhərdə möhtəşəm Novruz festivalı keçiriləcək


20 martdan etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Novruz bayramı ilə bağlı “2-ci Beynəlxalq Novruz Festivalı” baş tutacaq.

Ötən illərdən fərqli olaraq, bu il Novruz bayramı şənliklərində Azərbaycanla yanaşı, bu bayramı qeyd edən 8 ölkənin - Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də iştirak edəcəklər.

Eləcə də, İçərişəhərdə təşkil olunan "Meydan bazarı"ında müxtəlif rayonlardan gələn sənətkarlar öz əl işlərini nümayiş etdirəcəklər. Azərbaycan milli mətbəxinin yeməkləri, şirniyyatlar sərgilənəcək, milli musiqi səsləndiriləcək.

Həmçinin böyük bayram konserti də qurulacak. “2-ci Beynəlxalq Novruz Festivalı” el şənliyi Qoşa Qala qapısından Qız qalasının qarşısına qədər olan ərazini əhatə edəcək və 4 gün davam edəcək.

Qeyd edək ki, “2-ci Beynəlxalq Novruz Festivalı”nın martın 20-dən 23-nə kimi keçirilməsi nəzərdə tutulub.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR