Sumqayıtda hava

Cəmiyyət

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib (FOTO)

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib (FOTO)


Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev fevralın 19-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirib.

Fondun məsul əməkdaşlarının, Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 25-dək vətəndaşın müraciətlərinə baxılıb.

“Açıq qapı” şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Vətəndaşların rahatlığı məqsədilə DSMF-nin rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

E.Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR