Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Sumqayıtda 1000-dən artıq yeni iş yeri açılacaq

Sumqayıtda 1000-dən artıq yeni iş yeri açılacaq


Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azertexnolayn” MMC-nin polad boru, polietilen məmulatları, metal konstruksiya və siyirtmə istehsalı zavodlarında 1000-dən artıq iş yerinin açılması nəzərdə tutulub.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Parkda MMC-nin Polad-boru zavoduna 30 hektar torpaq sahəsi ayrılıb. Burada Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 75 min ton müxtəlif diametrli polad borular, 60 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar və 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal ediləcəkdir.

Zavodda ilkin mərhələ üçün polad boruların istehsalında xammal kimi istifadə olunan polad təbəqələr əsasən Rusiyadan, xüsusi təyinatlı müxtəlif diametrli polietilen boruların xammalı isə Türkiyə və Səudiyyə Ərəbistanından idxal olunur. Növbəti mərhələdə polietilen boruların istehsalı üçün tələb olunan xammal yerli istehsal hesabına təmin olunacaqdır.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR