Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Sumqayıt gəncləri üçün təcrübə proqramı

Sumqayıt gəncləri üçün təcrübə proqramı


"Sağlam Düşüncə" Gənclər Təşkilatı Beynəlxalq əlaqələr proqramı üçün 1 illik təcrübə proqramı elan edir. Proqramın məqsədi fəal, bacarıqlı və ingilis dili bilikləri olan gəncləri təşkilatın fəaliyyətinə cəlb etmək, təşəbbüslərini dəstəkləmək və Azərbaycanı Beynəlxalq aləmdə təmsil etmələrinə imkan yaratmaqdır.
İşin təsviri:
• Beynəlxalq Layihələrin hazırlanması və idarə edilməsi,
• Beynəlxalq tərəfdaşların tapılması və onlarla əlaqələrin qurulması,
• Beynəlxalq layihələr üzrə lazımi sənədlərin hazırlanması
• Təşkilatın beynəlxalq şəbəkələrə üzvlük prosesinin idarə olunması
• Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində layihələrin idarə olunması,
• Avropa Könüllülük Xidməti (EVS) haqqında təbliğatın aparılması,
• Beynəlxalq səfərlərdə iştirak etmək (Azərbaycanı və təşkilatı təmsil etmək)
Namizədlər üçün tələblər:
• Sumqayıt şəhərində yaşamalı
• İngilis (Intermediate mütləqdir) və rus dili (arzu olunandir) biliyi olmalı
• İşə məsuliyyətli yanaşma və ünsiyyətçil olmalı
• Tərəfdaş təşkilatların axtarılması və analiz aparmaq bacarığı olmalı
• Beynəlxalq Proqramlar haqqında geniş auditoriya qarşısında təqdimat aparmaq bacarığı olmalı
• Görülən işlərlə bağlı hesabat hazırlamaq bacarığı olmalı
• Xarici səfərlərdə iştirak etmək imkanı olmalı
• İctimai fəaliyyətdə maraqlı olmalıdır

1 illik proqram çərçivəsində əldə ediləcək təcrübə
• Komandada işləmək bacarığı
• Azərbaycanı və təşkilatı beynəlxalq tədbirlərdə təmsil etmək imkanı
• Beynəlxalq layihələrin hazırlanması və icra etmək bacarığı
• Xarici dil bacarıqlarının inkişaf etdirmək imkanı
• Təcrübə proqramını uğurla başa vuran gənclərə təşkilat tərəfindən tövsiyə məktubu veriləcək.
Maraqlanan şəxlər dolğun CV-ni və ingilis dilində istək məktubu secretariat@csyo-az.org e-mailina 10 dekabr 2014-cu il tarixinədək göndərməlidilər. Mövzu yerinə Ad/Soyad-İntern qeyd etməyiniz xahiş olunur (Muradov Murad – Intern).
Seçim prosesi 2 mərhələdə aparılacaq. İlk olaraq, CV-lərə əsasən seçim aparılacaq. 2-ci mərhələdə uyğun namizədlərlə müsahibə təşkil ediləcək.
Qeyd: Təcrübə proqramı könüllü əsaslarda təşkil edilir. Yalnız ilk mərhələni keçən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqələndirici şəxs: Ayla Əkbərova
12 mkr, Koroğlu küçəsi 27a,
Sumqayıt ş. Azərbaycan, AZ 5011
T/F: (+99418)6465826, GSM:(+99451)5163911
www.csyo-az.org | www.facebook.com/sdgt.csyo
E-mail: office@csyo-az.org, secretariat@csyo-az.org





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR