Sumqayıtda hava

Cəmiyyət

Qar yağacaq, güclü külək əsəcək (20.02.2015)

Qar yağacaq, güclü külək əsəcək (20.02.2015)


Bakıda və Abşeron yarımadasında hava fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq.

"YeniSumqayit.az"ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla verdiyi məlumata əsasən, paytaxtda və yarımadada buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Fevralın 20-si axşamdan başlayaraq 23-dək Abşeron yarımadasında hava şəraitinin kəskinləşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort, qarlı hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Xəbərdarlıq
Fevralın 20-si axşamdan başlayaraq 23-dək ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi, güclü küləkli, soyuq, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR