Sumqayıtda hava

Cəmiyyət

Abşeronda “Dilə münasibət Vətənə sevgidir” mövzusunda mühazirə (FOTOLAR)

Abşeronda “Dilə münasibət Vətənə sevgidir” mövzusunda mühazirə (FOTOLAR)


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində “Dilə münasibət Vətənə sevgidir” mövzusunda mühazirə oxuyub.

Tədbirdə S.Əliyeva ümummilli lider Heydər Əliyevin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” sözlərini xatırladaraq 21 fevral - Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışıb.

Mühazirəçi Azərbaycanda olan müxtəlif xidmət və iaşə obyektlərinin adları ilə bağlı aparılan araşdırmaların nəticələri barədə məlumat verib, sualları cavablandırıb.

Sonra məktəblilər ana dilinə həsr olunan şeirlər söyləyiblər.

Tədbirdə Abşeron rayonunun ziyalıları, məktəb direktorları, Azərbaycan dili və ədəbiyyatı müəllimləri, məktəblilər iştirak ediblər.

Abşeronda “Dilə münasibət Vətənə sevgidir” mövzusunda mühazirə (FOTOLAR)

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR