Sumqayıtda hava

İqtisadiyyat

Bakıya gedənlərə şad xəbər

Bakıya gedənlərə şad xəbər


Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə bağlı fevralın 20-dən etibarən səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib ki, təmir işləri Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədardır və qısa zamanda yekunlaşacaq.

Qeyd olunub ki, Bakıda iyunda keçiriləcək beynəlxalq tədbirlə əlaqədar Moskva prospekti - 20 Yanvar tuneli, Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi, Bakı-Sumqayıt yolu (geriyə dönməklə dairəvi yol) və Bakı-Ələt yolunun 4-cü və 14-cü kilometrində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Həmçinin şəhərin mərkəzində də bəzi yerlərdə təmir və yenidənqurma işləri aparılır. İşlərin mart ayının sonuna qədər başa çatdırılması gözlənilir.

Bundan əlavə, Avropa Oyunları ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.

ikisahil.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR