Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda ustad dərsləri keçirilib

Sumqayıtda ustad dərsləri keçirilib


Mədəniyyət və Turizm Nazirliyi rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edib.

Ustad dərsləri uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə təşkil olunub.

İndiyədək Sumqayıt şəhərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, o cümlədən Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün tar, kamança, saz və violin ixtisasları üzrə ustad dərsləri keçirilib.

Ustad dərslərini xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi Arif Əsədullayev, Hökumə Əliyeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev aparıb. Dərslərdə 300 nəfərdən çox müəllim və şagird iştirak edib.

Nazirlikdən bildiriblər ki, 24-25 fevral tarixində Bakıda fəaliyyət göstərən Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd, Xocalı, Zəngilan, Kəlbəcər rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR