Sumqayıtda hava

İqtisadiyyat

“Azərikimya” İB daha 180 gənci işlə təmin etdi (FOTOLAR)

“Azərikimya” İB daha 180 gənci işlə təmin etdi (FOTOLAR)


Fevralın 19-da “Azərikimya” İstehsalat Birliyində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzini müxtəlif peşələr - elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, tornaçı, təmirçi-çilingər peşələri üzrə bitirən gənclərlə görüş keçirilib.

“Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev Birliyin Etilen-polietilen zavodunda və Təmir-Tikinti İdarəsində yeni əmək fəaliyyətinə başlamış 180 gənci təbrik etmiş, onlara uğurlar arzulamış, keçirilən görüşün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Etilen-polietlen zavodunun baş mühəndisi Adil Cəfərov və Təmir-Tikinti İdarəsinin rəisi Zahir Abdullayev rəhbərlik etdikləri müəssisələrdə ixtisaslı gənc fəhlə kadrların fəaliyyət istiqamətləri haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, işə qəbul olunmuş bütün işçilərlə əmək müqaviləsi bağlanılmış, onlar əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmışlar.

SOCAR-ın tibbi sığorta və Birliyin sosial proqramı çərçivəsində sığortalanan hər bir işçi həmin sığorta müqaviləsi və kartları üzrə ölkənin müxtəlif şəhərlərindəki 40-a yaxın ixtisaslaşdırılmış klinikalarda, o cümlədən Sumqayıtın dörd sağlamlıq ocağında istənilən vaxt heç bir məhdudiyyət olmadan pulsuz müalicə olunmaq imkanı qazanıb.

Fikir mübadiləsi və diskusiya şəraitində keçən görüşdə gənclər onlara yaradılmış iş və əmək şəraitindən, göstərilən diqqət və qayğıdan danışmış, istək və arzularını ifadə etmiş, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

“Azərikimya” İB daha 180 gənci işlə təmin etdi (FOTOLAR)

“Azərikimya” İB daha 180 gənci işlə təmin etdi (FOTOLAR)

“Azərikimya” İB daha 180 gənci işlə təmin etdi (FOTOLAR)

“Azərikimya” İB daha 180 gənci işlə təmin etdi (FOTOLAR)

“Azərikimya” İB daha 180 gənci işlə təmin etdi (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR