Sumqayıtda hava

Cəmiyyət

AMEA-nın Sumqayıtlı əməkdaşı onun barəsində yayılan xəbərləri təkzib etdi (MÜSAHİBƏ)

AMEA-nın Sumqayıtlı əməkdaşı onun barəsində yayılan xəbərləri təkzib etdi (MÜSAHİBƏ)


"Mənim haqqımda Yer fırlanmır deyilməsi mənə qarşı əsilsiz bir ittihamdır. Bunu guya mənim belə deməyimi yayan medialar hamısı mənim yanımda yalançıdırlar. Çünki, onlar heç biri bu mövzunu məndən dəqiqləşdirməmiş yayıblar".

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov deyib.

"Yer həqiqətən də kürə formasındadır. Yer öz oxu ətrafında və Günəş ətrafında dövr edir. Əslində mən Yerin fırlanmadığını deməmişəm. Bu mənə böhtan atılan bir sözdür. Sadəcə öz şəxsi facebook profilimdə Yerin Günəş ətrafında və öz oxu ətrafında fırlanmasını qeyd etdikdən sonra, buna inandığımı dedikdən sonra dostlarıma sual yazmışam ki, biri mənə izah etsin necə olur əgər Yer fırlanırsa Günəş ətrafında bəzi yerlərdə 6 ay gecə, 6 ay gündüz olur, baxdığım bir videoda isə Günəş batana az qalmış bir yerdə dayanır və bu üç ay davam edir. Deyilən fərziyyələr əsasında əgər Yer bütünlüklə fırlanırsa həmin ərazilərdə nədən Yer fırlanmır. Bilirəm bunun elmi izahları da mənə məlumdur. Amma bunu bu dərəcədə şişirməyin və mənim haqqımda guya yer fırlanmır deyilməsi yalandır.

Mən dəqiq əminəm ki, Yer öz oxu ətrafında və Günəşin ətrafında dövr edir. Düzdür islam alimləri müxtəlif məsələlərdə müxtəlif rəylər deyiblər. Məsələn hamısı bir məsələdə bu nöqtəyə gəliblər ki, Yer kürə formasındadır. Amma sabit qalır. Günəş, Ay, ulduzlar onun ətrafında dövr edir. Bəzi alimlər isə bunun əksini deyiblər. Ancaq bütün islam alimlərinə görə göylər dairəvidir.

Allah təala Qurani Kərimdə Göyü tavana oxşatmışdır. Həmçinin islam inancına görə yeddi qat göy vardır ki, bütün bunlar Qurani Kərimdə bizə xəbər verilib. Yəni mənim haqqımda Yer fırlanmır deyilməsi mənə qarşı əsilsiz bir iddihamdır. Bunu guya mənim belə deməyimi yayan medialar hamısı mənim yanımda yalançıdırlar. Çünki, onlar heç biri bu mövzunu məndən dəqiqləşdirməmiş yayıblar. Məqsədləri nədir Allah bilir".

Qeyd edək ki, bir neçə gün bundan öncə Əkrəm Həsənovun facebook statusuna əsasən, mətbuatda "Azərbaycanlı alim ərəb şeyxi kimi danışdı" başlığında ardıcıl olaraq xəbərlər yayılmışdı.

Ölkə.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR