Sumqayıtda hava

İqtisadiyyat

Bəhram Qurbanov süni bahalaşma ilə bağlı müraciət etdi: Xidmətlərdə bahalaşma olmayacaq

Bəhram Qurbanov süni bahalaşma ilə bağlı müraciət etdi: Xidmətlərdə bahalaşma olmayacaq


GRBS şirkətlər qrupunun rəhbəri Bəhram Qurbanov sahibkarlara müraciət edib.

Müraciətdə bildirilir:

Son bir neçə ayda qlobal iqtisadiyyatda baş verən bir sıra proseslər neftin qiymətinin azalması və dolların qlobal miqyasda bahalaşması milli valyutamız olan manatın məzənnəsinə ucuzlaşdırıcı təzyiqləri artırdı. Bu kimi qlobal çağırışlara operativ cavab vermək və daxili iqtisadiyyatda istehsal olunan məhsulların beynəlxalq rəqabət qabiliyyətini artırmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 fevral 2015-ci il tarixli qərarla manatın məzənnəsində korreksiya etdi.

Manatın məzənnəsinin ucuzlaşması təbii olaraq idxal olunan malların qiymətində zamanla müəyyən artıma səbəb ola bilər. Ancaq təəssüflə bildirməliyik ki, məlum qərardan sonra son günlər yerli məhsulların satışında və yerli xidmət sektorunda tamamilə əsassız süni qiymət artımı hallarına rast gəlirik. Tələsik verilmiş qərarlar nəticəsində baş verən süni qiymət artımları insanlar arasında haqlı narazılığa və geniş sosial ajiotaja səbəb olur. Bu isə öz növbəsində qiymətlərin daha da bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin sürətlə azalması ilə nəticələnir.

GRBS Şirkətlər Qrupu olaraq bildirmək istəyirik ki, bu məsələdə dövlətimizin və xalqımızın maraqlarını öz korporativ maraqlarımızdan üstün tuturuq.

Beləliklə, şirkətlərimizə məxsus xidmətlərdən heç birinin qiymətində hətta maliyyə itkiləri hesabına olsa belə artım olmayacaqdır. Hesab edirik ki, belə bir vəziyyətdə hər bir Azərbaycan sahibkarı spekulyativ qərarlardan uzaq durmalı, vətəndaşlar isə daha da təmkinli davranaraq süni qiymət artımının iştirakçısına çevrilməməlidir.

sumqayitxeber.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR