Sumqayıtda hava

Dünya

İndoneziyada Xocalı soyqırımını anma tədbirləri keçirilib (FOTOLAR)

İndoneziyada Xocalı soyqırımını anma tədbirləri keçirilib (FOTOLAR)


İndoneziyada Xocalı Soyqırımının tanıdılması istiqamətində silsilə tədbirlər həyata keçirilir.

Fevralın 22-də, paytaxt Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi olan "İstiqlal" məscidində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü ildönümünün anım mərasimi keçirilib.

Minlərlə insanın, o cümlədən, nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslərin, din xadimlərinin də iştirak etdiyi camaat namazı zamanı İndoneziya Təhsil Nazirliyinin azərbaycanlı dövlət təqaüdçüsü, İndoneziyada magistr təhsilini davam etdirən tələbəmiz Elmar İskəndərov və "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyasının İndoneziya üzrə koordinatoru İmas Choirun Nisa Fujiati Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında geniş məlumat verərək onları Azərbaycanın haqq işinə dəstək olmalağa və Xocalı soyqırımının qurbanlarının şərəfinə namaz qılıb dua etməyə çağırıblar.

Xocalı soyqırımı zamanı 613 nəfərin ödürüldüyü, 1000 nəfər müxtəlif yaşlı dinc sakinin aldığı güllə yarasından əlil olduğu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qocanın öldürüldüyü, 8 ailənin isə tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 nəfərin valideyinlərindən birini itirdiyi, faciə baş verən gecə 1275 nəfər dinc sakinin girov götürüldüyü, onların 150-sinin taleyinin indi də məlum olmaması, bütün bunların erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildiyi kimi faktların vurğulanması “İstiqlal” məscidinə gəlmiş insanları dəhşətə gətirib.

E.İskəndərov həmçinin camaat namazına gələn insanları Xocalı üçün Ədalət naminə, növbəti gün Cakartanın mərkəzində keçiriləcək “Böyük Yürüşdə” iştirak etməyə çağırıb.

Camaat namazları zamanı "İstiqlal" məscidində minlərlə insan iştirak edir. Camaat namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər E.İskəndərova yaxınlaşaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləyib və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildiriblər.

İndoneziyada Xocalı soyqırımını anma tədbirləri keçirilib (FOTOLAR)


Fevralın 23-də isə Cakarta şəhərində İslam Konfransı Gənclər Forumunun dəstəyilə Xocalıya Ədalət Naminə “Böyük Yürüş” keçirilib. Diaspor fəalı Elmar İskəndərov yürüşdə fəal iştirak edərək İndoneziya televiziyası və digər kütləvi informasiya vasitələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında məlumat verib.

Kütləvi Yürüşdə yüzlərlə İndoneziyalı iştirak edib. İndoneziya və ingilis dilində Xocalıya Ədalət, Ermənistanın aqressiv siyasətindən əl çəkməsi və Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasını tələb edən şüarlar səsləndirilib.

Bundan başqa İslam Konfransı Gənclər Forumunun İndoneziya nümayəndəliyi tərəfindən İndoneziya prezidentinə, parlament və eyni zamanda Cakartada yerləşən Ermənistan səfirliyinə minlərlə İndoneziyalı tərəfindən imzalanmış petisiya təqdim olunacaq.

Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb.

Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.

İndoneziyada Xocalı soyqırımını anma tədbirləri keçirilib (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR