Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda Beynəlxalq Ana dili gününə həsr edilmiş görüş keçirilib

Sumqayıtda Beynəlxalq Ana dili gününə həsr edilmiş görüş keçirilib


Sumqayıt şəhər “Təfəkkür” liseyində Beynəlxalq Ana dili gününə həsr edilmiş “Bir gecə yurduma qayıdacağam” adlı tədbir keçirilib.

Tədbirdə istedadlı şair Zahir Abbasla görüş böyük marağa səbəb olub.

Liseyin direktoru, əməkdar müəllim Bəsirə Ağayeva şairin yaradıcılığından söz açaraq, onun bənzərsiz poetik misralarının ürəklərə yol tapdığını, hər zaman aktuallığı ilə insanları heyrətləndirdiyini söyləyib.

Direktor bildirib ki, 8 kitabın müəllifi olan şairin poetik misralarla naxışlanmış, həssas duyğularından süzülüb gələn şeirlərini oxuduqca insan mənən rahatlıq tapır.

Tədbirdə liseyin şagirdləri maraqlı və dolğun bədii kompozisiya təqdim ediblər. Şairin şeirləri və sözlərinə yazılmış mahnılar səsləndirilib.

Sonda şair çoxsaylı suallara cavab verib və kitablarını məktəbin kitabxanasına hədiyyə edib.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR