Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda yerləşən Qubadlı məktəbində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib

Sumqayıtda yerləşən Qubadlı məktəbində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib


Qubadlı rayonunun Sumqayıt şəhərində yerləşən idarə, müəssisə və təşkilatlarında Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir.

Belə tədbirlərdən biri də fevralın 24-də Qubadlı rayonu Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbdə keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirib ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıda soyqırımı həyata keçirib. Soyqırımı nəticəsində 613 nəfər şəhid olub, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər əsir götürülüb.

Vurğulanıb ki, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük rolu olub. Artıq 10-dək ölkə və ABŞ-ın 15-dən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.

Tədbirdə Prezident İlham Əliyevin apardığı siyasət sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, şəhidlərimizin ruhunun rahatlıq tapacağına inam ifadə olunub.

Daha sonra məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR