Sumqayıtda hava

Dünya

İsrail Baş nazirinin müavini Xocalı soyqırımı ilə bağlı tədbirə qatılacaq

İsrail Baş nazirinin müavini Xocalı soyqırımı ilə bağlı tədbirə qatılacaq


Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən İsraildə silsilə tədbirlər keçirilir.

Təşkilat “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Akko şəhərində Azərbaycan və İsrail rəsmilərinin iştirakı ilə Xocalı soyqırımına həsr edilən anım mərasimi təşkil edəcək.

Azİz-dən verilən məlumata görə, mərasimdə İsrail Baş nazirinin müavini, xarici işlər naziri, Knessetin deputatı Aviqdor Liberman, Azİz-in prezidenti, Knessetin deputatı Aleks Miller və digər rəsmi şəxslər, həmçinin İsraildəki Azərbaycan diaspor nümayəndələri iştirak edəcəklər.

Tədbirdə Xocalı soyqırımı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, erməni vəhşiliklərinə dair çıxışlar olacaq, faciədən bəhs edən film nümayiş etdiriləcək və soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasına dair müzakirələr aparılacaq.

Assosiasiyanın üzvü Afula Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xocalı soyqırımına həsr edilən anım mərasiminin keçirilməsi nəzərdə tutulub.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası “Xocalıya ədalət!” kampaniyası çərçivəsində, Azərbaycan həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra layihələr həyata keçirir.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR