Sumqayıtda hava

Cəmiyyət

Gənc Liderlərin Xocalı tədbiri keçirildi

Gənc Liderlərin Xocalı tədbiri keçirildi


"Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gənc Liderlər "Xocalı Soyqırımı 23 il - Əsrin faciəsi yaddaşlarda” adlı maarifəndirmə tədbiri təşkil ediblər.

Tədbirin məqsədi "Xocalıya Ədalət" Kompaniyasına dəstək vermək, dünyanın diqqətini bir daha Xocalı soyqırımına yönəltmək olub.

Adalet.az-ın məlumatına görə, tədbirdə ictimaiyyət nümayəndələri, gənclər təşkilatlarının sədrləri, KİV və QHT rəhbərləri iştirak ediblər.

Tədbirdə Azərişıq ASC-nin YAP GB sədri Nicat Müslümov, politoloq Ramiz Aliyev, keçmiş Millət Vəkili Anar Axundzadə, iqtisad elmləri namizədi Cavid İsmayılov , Hurriyet.Az-ın baş redaktoru Rövşən Tağıyev, TV Aparıcı Anar Nəcəfli, AZTV-nin əməkdaşı Ruslan Həsənov, BDU-nun Tələbə Həmkarlar Təşkilatının sədr müavini Yavər Məmmədova , Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Ləman Piriyeva , "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin baş prodüseri Mübariz Hacıyev və Professor Qüdsiyət İsakov çıxış edərək Xocalı Soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

"Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir.

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır.

Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir. Bu qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir Bu tədbirin Ermənistan ilə Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli məsələsinə mühüm təsir göstərir Əlbəttə, bizim bu gün gördüyümüz işlər həlak olmuş insanların həyatını qaytara, sağ qalmış xocalıların yarasını sağalda bilməz. Biz o qadınları, uşaqları və qocaları heç zaman unutmayacağıq.”

Natiqlər eyni zamanda bəyan etmişlər ki, bu cür maarifləndirmə tədbirləri Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya Ədalət” Kampaniyasının tərkib hissəsidir.

Sonda tədbir iştirakçılarına 2012-ci ildə Politoloq Ramiz Aliyevin müəllifliyi ilə dərc olunan "The Voice of History” (Tarixin Səsi) kitabı paylanılıb.





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
sayfanızı yeni tanımış birisi oaarlk Yeni başlayanlar ie7in kategorisinden başladım ben de :) sayfanız e7ok gfczel, tebrik ederim. ben de bu şarkının Muhammed İsfahani ile Farid Farjad versiyonlarını beğendim en e7ok. tek kelimeyle mfckemmel. vee dinlemeye devam..
Цитата
  • Budi

  • 17 iyul 2015 05:52
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Əgər hər hansı bir PLZ Tfcrkiyə hər şəhər adı və onların yeri qeyd bilirsinizsə?Antalya və Ankara və İstanbulda olan qeyd edin
Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Great goods from you, man. I've understand your stuff pviueors to and you are just extremely magnificent. I actually like what you've acquired here, certainly like what you are saying and the way in which you say it. You make it enjoyable and you still care for to keep it smart. I can't wait to read far more from you. This is actually a tremendous website. http://cqyhfq.com rypffimo [link=http://poobetg.com]poobetg[/link]
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR