Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Azərbaycanda "Peace Revolution" seminarlarına start verilir

Azərbaycanda "Peace Revolution" seminarlarına start verilir


ƏZİZ GƏNCLƏR!

Beynəlxalq Peace Revolution layihəsi çərçivəsində Azərbaycanda seminarlara start verilir.

PEACE REVOLUTION NƏDİR?
Peace Revolution proqramı 2008-ci ildə Taylandda başlamış və gənclər arasında stressin azaldılması, rahatlanma və daxili inkişaf metodu kimi meditasiya və zehni fəaliyyətin artırılmasını nəzərdə tutur. Peace Revolution təlimçinin təşkili ilə online şəkildə, ödənişsiz, 42 günlük özünü inkişaf proqramıdır. Həmçinin hər il Asiya, Cənubi Amerika, Afrika və Avropada meditasiya haqqında öyrənmək istəyənlər üçün görüşlər keçirilir. Dünya üzrə 12000-dən çox insan bu proqramı başa vurub.

Bu sülh inqilabıdır, lakin digərlərindən fərqli olaraq bu inqilab insanın “özü”ndə başlayır. Peace Revolution-un əsas ideyası budur ki, hər bir insan meditasiya vasitəsilə daxili sülh haqda düşüncələrini inkişaf etdirərək bütün cəmiyyətdə sülhün yayılmasına yardım edə bilər. Dünyanı dəyişmək istəyiriksə, birinci özümüzü dəyişməliyik.

LAYİHƏNİN MƏQSƏDLƏRİ
Daxili sülh ideyalarını meditasiya vasitəsilə inkişaf etdirmə incəsənətini gənclərə təqdim etmək
Gəncləri şəxsi-inkişaf programlarını özündə birləşdirən online platformada toplamaq və sülh və ictimai inkişaf məqsədilə mədəniyyətlər arası dialoq təşkil etmək

PEACE REVOLUTIONUN AZƏRBAYCAN SƏFƏRI
Bu Peace Revolutionun Azərbaycana ilk səfəridir. Səfərin məqsədi gənc aktivistlərə, sülh qurucularına və layihə ilə maraqlanan hər kəsə daxili sülhün inkişafını meditasiya vasitəsilə təmin etmək imkanlarını təqdim etməkdir. Səfər seminar xarakteri daşıyır və 3 günlük seminardan ibarətdir.

Seminarlar 2 hissədən ibarət olacaq:
1. Qısa təqdimat (20 dəq.), meditasiya (30-40 dəqiqə) və sual-cavab mərhələsi
2. Sizin seçiminizdən asılı olaraq müəyyən edilmiş mövzuda təlimçi tərəfindən prezentasiya təqdimatı.
Məsələn:
- Daxili sülhün təmin olunması vasitəsilə xoşbəxtliyə nail olmaq (10 mart 2015)
- Kreativliyin və effektivliyin artırılması (11 mart 2015)
- Stressin idarə olunması və depressiya (12 mart 2015)

Seminarlar (3 seminar) 2015-ci il 10-11-12 Mart tarixlərində 15:00-da Bakı şəhərində keçiriləcək və 2 saat davam edəcək. Hər bir seminar 1 qrup üçün nəzərdə tutulub (ümumilikdə 3 qrup). Hər qrupda 30 nəfər iştirak edəcək. Seminar ingilis (yalnız 10-11.03.2015) və rus (12.03.2015) dilində aparılacaq.

İştirak ödənişsizdir.

ONLINE ƏRIZƏ FORMASI

SON QEYDİYYAT: 1 MART

ƏLAQƏ:
"SAĞLAM DÜŞÜNCƏ" Gənclər Təşkilatı
E-mail: info@csyo-az.org
Web: www.csyo-az.org
Facebook: www.facebook.com/sdgt.csyo





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR