Sumqayıtda hava

Hadisə

Sumqayıtda "Xocalı" faciəsinin ildönümünə həsr edilmiş sərgi keçirilib (FOTOLAR)

Sumqayıtda "Xocalı" faciəsinin ildönümünə həsr edilmiş sərgi keçirilib (FOTOLAR)


Bu gün Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərgi keçirildi.

Universitetin rektoru Elxan Hüseynov Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 23 illik faciəsini özündə əks etdirən tablolara baxışı zamanı o müdhiş gecəni ürək ağrısı ilə xatırlayıb:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək günahsız soydaşlarımıza qarşı soyqırım törətmişlər. Şəhər darmadağın edilmiş və talanmış, dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüş və işgəncələrə məruz qoyulmuşdur.”

Sumqayıtda "Xocalı" faciəsinin ildönümünə həsr edilmiş sərgi keçirilib (FOTOLAR)


Rektor o faciəni unutmamaq üçün bu cür tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, universitetimizin saytında ermənilər tərəfindən tarix boyu azərbaycanlıların başına gətirilən faciələri, soyqırımları əks etdirən xüsusi bölmə ayrılmışdır. Universitetimizdə çalışan hər bir kəsin milli və vətəndaşlıq borcudur ki, başımıza gətirilən bu müsibətləri dünya ictimaiyyətinə çatdırılması istiqamətində əlindən gələni əsirgəməsin.

Sərgiyə baxış zamanı universitetin Kimya və biologiya fakultəsinin II kurs tələbəsi Rusif Səfərlinin çəkdiyi əsər rektorda dərin iz buraxaraq mənfur Serj Sarkisyanın müsahibəsini xatırladıb:
“Biz azərbaycanlıların inanmadığı bir işi gördük, biz stereotipi dağıtdıq, dinc xalqa qarşı əl qaldırdıq” – deyə bir bəyanat verdi. Bunların hamısı göstərir ki, biz çox təhlükəli, qaniçən, heç bir beynəlxalq qanunları tanımaq istəməyən bir düşmənlə birlikdə qonşu yaşayırıq və buna görə çox təəssüf keçirirəm.

Sumqayıtda "Xocalı" faciəsinin ildönümünə həsr edilmiş sərgi keçirilib (FOTOLAR)


Davamlı olaraq Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar. Bu istiqamətdə fəaliyyətin oriyentirlərini də ulu öndərimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilmiş, hər il fevralın 26-nın “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.

Rektor onu da vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası dünya ictimaiyyətinə bu soyqırımına siyasi-hüquqi qiymət verilməsinin vacibliyini isbat etmişdir. “Xocalıya ədalət” əslində “Azərbaycana ədalət” deməkdir.

Sumqayıtda "Xocalı" faciəsinin ildönümünə həsr edilmiş sərgi keçirilib (FOTOLAR)


Rektor bu sərgini təşkil etdiyinə görə Tələbə Elmi Cəmiyyətinin sədri İslam Paşayevə və TEC-in şura sədri Nurlan Səmədliyə təşəkkür edib. İ.Paşayev sərgidə nümayiş olunan Sumqayıt şəhər Uşaq və Yeniyetmələr Yaradıcılıq Mərkəzinin “Təsviri-incəsənət” dərnəyinin üzvlərinin və universitetimizin tələbələrinin birgə rəsm əsərləri barədə ətraflı məlumat verərək bildirib ki, sərginin keçirilməsində məqsəd gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasına xidmət etməkdir.

Sumqayıtda "Xocalı" faciəsinin ildönümünə həsr edilmiş sərgi keçirilib (FOTOLAR)

moderator.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR