Sumqayıtda hava

Cəmiyyət

“İRƏLİ” İB “Böyüməyən uşaqlar” filmini təqdim edib (VİDEO)

“İRƏLİ” İB “Böyüməyən uşaqlar” filmini təqdim edib (VİDEO)


Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində çəkilən “Böyüməyən uşaqlar” filmi Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqındadır.

"YeniSumqayit.az"ın İctimai Birliyin saytına istinadla verdiyi məlumata əsasən, filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilən soyqırımı haqqında geniş məlumat verilir.

Bu gün filmin Türkiyədə geniş auditoriyaya təqdimat mərasimi baş tutub. Mərasimdə İrəli İctimai birliyinin sədri MirHəsən Seyidov, filmin ssenari müəllifi, Parlament Jurnalistləri birliyinin sədri, modern.az portalının baş redaktoru Elşad Eyvazlı, Türkiyənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Böyüməyən uşaqlar” filmi Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilib. Film müxtəlif dillərə tərcümə edilərək Avropada, ABŞ və digər ölkələrdə nümayiş olunacaq. Yaxın gələcəkdə filmin Almaniyada nümayişi nəzərdə tutulur. Həmçinin bu mövzuda bədii filmin çəkilməsi də planlaşdırılır.

Filmə aşağıdakı linkdən baxa bilərsiniz





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR